“Borussiya” Almaniya kubokunu darmadağınla qazandı - VİDEO

01:05 14-05-2021 24

Almaniya kubokunun final matçında “Leypsiq” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.

milletinsesi.info xəbər verir ki, hazırda ölkə çempionatında müvafiq olaraq 2-ci və 4-cü yerləri tutan klubların kubok uğrunda həllədici görüşü dortmundluların böyük üstünlüyü ilə başa çatıb.

Holand və Sançonun dubl etdikləri oyunda “Leypsiq”in gücü yalnız bir qola çatıb ki, onun da müəllifi Olmo olub.   

Qeyd edək ki, “Borussiya” üçün bu, tarixi ərzində sayca beşinci ölkə kubokudur. Turnirdə ən çox qələbə qazanan isə heç şübhəsiz ki, 20 dəfə ölkə kubokuna yiyələnmiş “Bavariya”dır