Qəzza zolağında “Anadolu” agentliyinin iki əməkdaşı yaralanıb

00:00 14-05-2021 22

Türkiyənin “Anadolu” informasiya agentliyinin iki əməkdaşı – fotomüxbir Mustafa Hassuna və operator Məhəmməd əl-Alul Qəzza bölgəsinin İsrail tərəfindən cavab atəşinə tutulması nəticəsində yaralanıblar.

Bu barədə agentlikdən məlumat verilib.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, artıq bir neçə gündür davam edən İsrail-Fələstin qarşılıqlı raket hücumları nəticəsində 6 israilli və 83 fələstinlinin öldüyü bildirilib.