“Xarıbülbül” festivalında qala-konsert - CANLI YAYIM

14:20 13-05-2021 16

Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı qala-konsertlə davam edir.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyirlər.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir.