Altı nəfərin bank hesabından pul oğurlayan tutuldu

14:20 13-05-2021 19

Bakıda bank hesablarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2 352 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Nəcəfli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.