Türkiyənin Müdafiə nazirindən Azərbaycanla bağlı açıqlama

14:00 13-05-2021 24

“Bir tərəfdən COVID-19 epidemiyası ilə mübarizə apararkən, digər tərəfdən də ölkə daxilində, Suriyanın və İraqın şimalında, Azərbaycanda, Liviyada, Şərqi Aralıq regionunda və bir çox ərazilərdə həm Türkiyənin, həm də dost ölkələrin haqqını, hüququnu qorumaq üçün gərgin və səmərəli şəkildə mübarizəmizi davam etdiririk”.

Bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Bu baxımdan vətən torpaqlarımızın, mavi vətənimizin, səmalarımızın, 84 milyon vətəndaşımızın və bölgəmizin təhlükəsizliyi üçün başda FETÖ, PKK-YPG və İŞİD kimi terror qruplaşmaları olmaqla hər cür təhdid və təhlükəyə qarşı “ölsəm şəhid, qalsam qazi olaram” anlayışı ilə əzm və qərarlılıqla mübarizə aparırıq”, - deyə H.Akar bildirib.