Tom Kruz “Qızıl Qlobus” mükafatını geri qaytarıb

04:05 12-05-2021 23

Məşhur Hollivud aktyoru Tom Kruz “Qızıl Qlobus”dan (Golden Globe) qazandığı mükafatları geri qaytarıb.

Bu barədə CNN telekanalı aktyora yaxın mənbələrə istinadən xəbər verib.

Amerikalı aktyor bu addımını “Qızıl Qlobus” beynəlxalq mükafatının münsiflər heyətində cəmiyyət nümayəndələrinin müxtəlifliyinin təmin edilməməsi ilə əlaqələndirib.

Qeyd olunur ki, aktyor öz mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.