Hindistanda internet vasitəsilə radioaktiv uran satan şəxslər həbs olunub

02:00 12-05-2021 19

Hindistanda 7 kq yüksək dərəcəli radioaktiv uran satan iki nəfər həbs olunub.

Bu barədə “Dawn” nəşri məlumat yayıb.

Məlumata əsasən, hadisə Maharaştra ştatında baş verib. İnternet vasitəsilə satışa çıxarılan zəhərli maddə polis tərəfindən müsadirə olunub. Onun bazar dəyərinin 2.9 milyon dollar olduğu bildirilib.

Mumbay Nüvə Araşdırmaları Mərkəzi tərəfindən uranın həyat üçün təhlükəli olması barədə rəy verilib.

Hazırda polis xammalın haradan alındığını müəyyən etməyə çalışır.