Cennifer Lopezin köhnə “yeni” sevgilisi – FOTO

01:50 12-05-2021 19

Bir müddət öncə Aleks Rodrigesdən ayrılan Cennifer Lopez artıq özünə yeni sevgili tapıb.

“Haber Global”ın məlumatına görə, ulduzun bir zamanlar eşq yaşadığı Ben Afflek ilə yenidən görüşməsi barədə gəzən şayiələr öz təsdiqini tapıb.

Belə ki, onların avtomobildə birgə fotosu yayılıb.

Məlumata görə, 51 yaşlı CeyLo 19 il öncəki sevgilisilə birlikdə Montanada istirahət edib və Los-Ancelesə qayıdarkən paparasinin obyektivinə tuş gəlib.

Qeyd edək ki, cütlük arasındakı ilk yaxın münasibətlər 2002-ci ilə təsadüf edib. Lakin daha sonra Afflek Cennifer Qarner, Lopez isə Mark Entoni ilə ailə həyatı qurub.