Bakıda əsas prospektlərin bir neçəsində hərəkət iflic olub - FOTO

18:05 11-05-2021 16

“Hazırda Heydər Əliyev prospekti Hava limanı istiqamətində (metronun“Koroğlu” stansiyasının qarşısı), eyni zamanda Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, daha çox sıxlıq halı “Böyük Şor” qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.