Ötən gün neçə nəfər peyvənd olunub? - AÇIQLAMA + FOTO

16:50 11-05-2021 20

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 696 419 təşkil edir.