Nazir: “Ucqar kənd müəllimlərinə imtahan zamanı əlavə ballar veriləcək”

17:35 08-05-2021 12

Ucqar kəndlərdə çalışan müəllimlərin yenidən imtahanda iştirakı zamanı ballarına əlavələrlə bağlı məsələnin gələcək illərdən tətbiqi planlaşdırılır.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, bu məsələdə şərtlər əvvəldən qoyulmalıdır ki, həmin müəllimlər məlumatlı olsunlar:

“Ona görə də düşünürəm ki, gələcək illərdə bölgələrdə işləmiş, orada olan uşaqlara dərs demiş müəllimlərə işə qəbulu prosesində əlavə bal və əmsalların verilməsi gözlənilir”.

Könül Cəfərli