Emin Əmrullayev tələbələrin universitetlərdən xaric olunmasından DANIŞDI

17:30 08-05-2021 11

“Hər il Azərbaycanda 2,5 və ya 3 faizə yaxın tələbə müxtəlif səbəblərdən univeristetlərdən xaric olunur. Pandemiya dövründə də bu rəqəmdə ciddi dəyişiklik baş verməyib”.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, tez-tez sosial şəbəkələrdə tələbələrin universitetlərdən xaric edildiyinə dair məlumatlar paylaşılır:

“Statistik rəqəmlərə əsasən, 2016-2017-ci tədris ilində 3 588, 2017-2018-ci illərdə isə 3 807 tələbə müxtəlif səbəblərdən ali məktəblərdən uzaqlaşdırılıb.

Lakin qeyd etdiyim rəqəmlər pandemiyadan əvvəlki dövrlər üzrə aparılan araşdırmaların nəticəsidir. Burada pandemiya rol oynamır”.

Könül Cəfərli