Təhsil naziri: “Çalışmalıyıq ki, emosional çıxışlara yox, problemlərin həllinə dair addımlar ataq”

17:25 08-05-2021 12

Azərbaycan sosial cəhətdən həssas qrupa daxil olan təxminən 50 faiz tələbə dövlət sifarişi əsasında oxuyur.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, şəhid ailələrindən olan və digər həssas qrupa daxil olan tələbələrin də təhsil haqqı dövlət tərəfindən ödənilir:

“Bu il pandemiya şəraitdə ailəsində sosial yardım alan, hər iki valideynin əlilliyi olan tələbələrin də təhsil haqları dövlət tərəfindən ödənilib. Kifayət qədər mürəkkəb dövrdə yaşayırıq. Çalışmalıyıq ki, müəyyən mənada emosional çıxışlara yox, problemlərin həllinə dair addımlar ataq.

Biz problemlərin həlli ilə bağlı öz tərəfimizdən bacardığımız qədər töhfə veririk. Bu istiqamətdə digər qrupların da yaxından iştirakını gözləyirik”.

Könül Cəfərli