Birinci sinfə qəbul olunanların sayı AÇIQLANDI

17:10 08-05-2021 16

Birinci siniflərə qəbul prosesi başlayıb. 94 mindən artıq şagird məktəbə hazırlıq qrupundan birbaşa birinci sinifə qəbul edilib. 

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib, Azərbaycan dili bölməsi üzrə artıq 25 min birinci siniflərə yerləşdirilib:

“17 minə qədər şagird rus bölməsinə müsabiqələrə yazılıb və müsabiqələr artıq başlayıb. Keçirilən müsabiqələrdə uşaqların birinci sinifə qəbul dinamikası 90 faizdir”.