Direktorlar üçün müsahibə mərhələsinin vaxtı məlum oldu

16:55 08-05-2021 11

“Direktorların işə qəbulu ilə bağlı müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır”.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, ilk dəfə müsabiqə test mərhələsi üçün nümunəvi suallar hazırlanıb:

“Ötən illə müqayisədə rekord sayda 2 863 namizəd test imtahanı mərhələsində iştirak edib, 1552 namizəd isə müsahibə mərhələsində iştirak üçün buraxılacaq. Əvvəlcə balı yüksək, daha sonra nisbətən balı aşağı olanlar müsahibəyə dəvət olunacaq. Direktorların işə qəbulu ilə bağlı müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır ki, növbəti tədris ilinə qədər işə qəbul təşkil edilsin”.

Könül Cəfərli