Emin Əmrullayevdən iş yerini dəyişdirmək istəyən müəllimlərə MÜRACİƏT

16:45 08-05-2021 11

5 maydan müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlanılıb və bu proses 16 maya qədər davam edəcək.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, 10 minə yaxın namizəd artıq qeydiyyatdan keçib:

“Onlardan 2300-ə yaxın namizədin ərizəsi təsdiq edilib. Müsabiqəyə 5500-dən artıq vakant yer ayrılıb. Hazırda işləyən müəllim üçün bu seçim kriteriyası 1/2 formatındadır. Bu yerlərin 66,8 faizi həvəsləndirmə tədbirlərin tətbiqi, 33,2 faizi isə tətbiq edilməyən vakant yerlərdir.

Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə 521 vakant yer müsabiqəyə çıxarılıb. Bu proses mütləq qaydada elektron qaydada seçim edilənlərə tətbiq edilir. Başqa formatda bu proses aparılmır. Bu mənada iş yerini dəyişmək istəyən müəllimlərdən bu prosesi başa düşmələrini rica edirəm. Hər kəsə uğurlar arzu edirəm”.

Könül Cəfərli