Bakıda maaşlar azalıb

16:40 08-05-2021 17

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.

milletinsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin yanvar-fevral aylarının ilkin məlumatlarına əsasən, işçilərin orta aylıq nominal əməkhaqqı 899,7 manat olub.

Qeyd edilib ki, əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 6,1 faiz azalıb.