Təhsil naziri əyani dərslərin bərpasından DANIŞDI

16:15 08-05-2021 9

“Təhsilin 17 may tarixindən Bakı, Sumqayıt və Abşeronda əyani sistemə qayıtması qərarını bəziləri doğru, bəziləri yanlış kimi qiymətləndirib. Lakin biz düşünürük ki, mövcud vəziyyətin qiymətləndirilməsi buna imkan verir”.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, pandemiya zamanı Təhsil Nazirliyi bəzi ərazilərdə təhsili distant, bəzi yerlərdə əyani saxlayıb və vəziyyəti dəyərləndirib:

“Nazirlik hər zaman əyani təhsilə qayıtmağın tərəfdarıdır. Biz əyani, ya distant təhsili müqayisə etmirik, sadəcə biz şagirdlərin təhsil səviyyəsinin yüksək olmasına önəm veririk. Mayın 17-dən valideynlərin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şagirdləri əyani şəkildə təhsil müəssisələrinə göndərəcəklərinə ümid edirik”.

“Təhsil müəssisələrində epidemioloji vəziyyət tam nəzarət altındadır. Biz ümid edirik ki, şagirdlərin məktəbdə olması, bir-biri ilə ünsiyyətdə olması daha müsbət haldır. Təkrar deyim ki, Təhsil Nazirliyi pandemiya ilə bağlı üzləşdiyi məsələlər səbəbindən distant təhsilə qərar verməyə məcbur olur. Hazırda isə düşünürük ki, əyani təhsilə qayıtmaq müsbət xəbərdir”.

Könül Cəfərli