“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

15:25 08-05-2021 11

“Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Bu barədə milletinsesi.info-a “Azərişıq” ASC-nin mətbuat xidmtəindən məlumat verilib.

Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və “199” Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir.

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə müraciət etsinlər.