Arif Quliyevin dəfn yeri ilə bağlı nazirlikdən REAKSİYA

11:50 07-05-2021 25

“Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

Bu barədə milletinsesi.info-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir:

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

İlhamə Əbülfət