Tanınmış aktrisadan maraqlı açıqlama: “Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq”

04:05 05-05-2021 16

Türkiyənin məşhur aktrisalarından olan Hande Soral çəkildikləri filmlər səbəbindən həyat yoldaşı, özü kimi aktyor İsmail Dəmirçi ilə uzun müddətdir görüşə bilmədiyindən danışıb. O, iki ildir ayrı-ayrı şəhərlərdə yaşadıqlarını deyib.

Bu barədə “Hurriyet” xəbər yayıb.

Aktrisa bu vəziyyətə görə çox çətinlik çəkdiklərini, ancaq müvəqqəti olduğu üçün səbr etdiklərini bildirib. Evliliyin münasibətlərə təsirindən danışdıqda isə Soral onlarda vəziyyətin başqa cür olduğunu deyib:

“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq. Hələ ki, dəyişməyə vaxtımız olmayıb, yeni evli sayılırıq hələ”, - deyə o əlavə edib.

O, əri ilə birlikdə necə vaxt keçirdiklərindən də danışıb.

“O qədər uzun müddətdir ayrıyıq ki, birlikdə olduğumuz vaxt uzun-uzun söhbətlər edirik. Birlikdə seyr etmək üçün filmlər seçirik. Amma ən çox səyahətə çıxmağı xoşlayırıq”, - deyə aktrisa bildirib.