Ağdama səfər etmiş rusiyalı politoloq: “Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik” – FOTO

19:55 04-05-2021 17

Tanınmış rusiyalı politoloq Sergey Markov bugünlərdə səfər etdiyi Ağdam şəhəri barəsindəki təəssüratlarını bölüşüb.

Öz “Facebook” səhifəsində gördüklərini anladan ekspert erməni vəhşiliyi qarşısındakı dəhşətini də gizlətməyib.   

“Ağdamdakı Mədəniyyət Evinin qalıqları. 200 min sakini olan çiçəklənən bir şəhər yerlə-yeksan edilib və 25 il ərzində boş qalıb. Onun sakinləri etnik təmizləmə və kütləvi qətl qorxusu ilə axırıncı nəfərinədək qaçıb və son qərinədə burada heç kim məskunlaşmayıb. İşğalçı şəhəri boş saxlayıb. Barbarlıq adamı sarsıdır. İnsanlıqdan əlini üzməyə başlayırsan. Ümid edirik ki, tezliklə sivilizasiya Ağdama qayıdacaq”, - deyə Markov bildirib.

Politoloq ermənilərin müsəlman dini ibadətgahlarına qarşı qeyri-insanı münasibətinə də toxunub. O, Ağdam məscidinin yanında aşkar etdiyi konyak şüşəsinin şəklini paylaşaraq, ermənilərin müsəlmanların dini hisslərini alçaltmaq məqsədi ilə uzun illər ibadətgahda donuz saxladıqlarını qeyd edib.

“Biabırçılıq! Bunlar xristianlar deyil. Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik”, - deyə ekspert əlavə edib.

Остатки Дворца культуры в Агдаме, Карабах. Цветущий город с населением почти в 200 тысяч человек разрушен дотла и стоял...

Posted by Sergey Markov on 4 May 2021, Çərşənbə axşamı

Агдам. Пустая бутылка коньяка рядом с бывшей мечетью, которая была намеренно с целью оскорбления религиозных чувств...

Posted by Sergey Markov on 4 May 2021, Çərşənbə axşamı