“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini

müəyyənləşdirdi

11:28 30-04-2021 210

 

1 (1)_124Ölkədə yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan
birinə çevrilməsi məqsədilə “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığın
yeni istiqamətlərini müəyyənləşdirib. “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı
direktoru Qunnar Panke və AzTU-nun rektoru Vilayət Vəliyev keçirdikləri görüşdə bu barədə
müzakirələr aparıblar. Əsas prioritet olaraq yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının
dəyərləndiriliməsi müəyyən edilib və mövcud layihələrin karantin qaydalarına uyğun
şəkildə davam etdirilməsi razılaşdırılıb.
Rektor AzTU-nun iqtisadiyyat və sənaye sahələri üzrə kadrlar hazırlamaq imkanı olduğunu
bildirib: “Məqsədimiz biznesdən gələn tələblər və tələbələrin biznesin təcrübi
problemlərilə tanışlığı əsasında rabitə bazarının ehtiyaclarına uyğun peşəkarlar
hazırlamaqdır. Bu, həm də peşəkar ehtiyacın yerli kadrlarla ödənməsi baxımından yerli
biznesin marağındadır”.
Azerfon MMC-nin Baş İcraçı direktoru Q.Panke isə universitetlə genişmiqyaslı layihələr həyata
keçirmək niyyətində olduqlarını bildirib: “İnanıram ki, bizim əməkdaşlığımız texniki sahə
üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırır. Əməkdaşlığımızın əsas məqsədi
Azərbaycanda rabitə sahəsində peşəkar kadrların hazırlanmasına və onların beynəlxalq
rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasına dəstək olmaqdır”.
“Nar” 2015-ci ildə AzTU ilə imzalanmış Anlaşma Memorandumu əsasında bir sıra layihələr
həyata keçirib. “Nar” GSM laboratoriyası, tələbələr üçün nəzəri və təcrübi təlimlər, əlaçıların
mükafatlandırılması bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G
şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni
əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.