“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

11:05 25-04-2021 211

Oxu Saati“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab
Mərkəzinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyilə məktəblilər üçün “Oxu
saatı” layihəsinə start verilir. Layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin
maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə
dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin
tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən
parçalar səsləndirəcəklər.
“Oxu Saatı”nın ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev mütaliənin əhəmiyyətindən,
gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışacaq, eyni zamanda sevimli
kitablarını dinləyicilərlə paylaşacaq. 24 aprel saat 12:00-da baş tutacaq onlayn görüşə
qoşulmaq üçün bu keçidə daxil ola, “Nar”ın rəsmi Facebookvə YouTube kanallarında yayımı
canlı şəkildə izləyə bilərsiniz.
Qeyd edək ki, 24 aprel tarixindən başlayaraq 1 ay boyunca davam edəcək “Oxu saatı”nda
Çingiz Abdullayevlə yanaşı, hər həftənin şənbə günü Zülfiyyə Xanbabayeva, Nərgiz
Cəlilova, Ceyhun Əli kimi qiraətçiləri də dinləmək mümkündür. Cədvəl və oxunacaq
kitablar haqqında məlumat “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrində
mütəmadi olaraq paylaşılacaq.
“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az
internet səhifəsindən öyrənmək olar.