ABŞ kəşfiyyatçısı öz portretini 5.5 milyon dollara satdı

06:00 19-04-2021 15

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden rəqəmsal portretini 5.5 milyon dollara satıb.

“Süddeutsche Zeitung” nəşrinin məlumatına əsasən, qalmaqallı casusun satılan fotosu NFT-token formatında olub.

Portret “Etherium” kriptovalyutası qarşılığında satılıb.

Qeyd edək ki, Snouden 2013-cü ildə ABŞ və Britaniya xüsusi xidmətlərinin internetdə vətəndaşları izləməsi barədə gizli məlumatları “The Guardian” və “The Washington Post” qəzetlərinə ötürüb.

Daha sonra Rusiyaya qaçan kəşfiyyatçı burada siyasi sığınacaq alıb.