Rusiya vətəndaşlarının Avropaya girişinin qadağan olunması təklif edilib

03:30 19-04-2021 20

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə daxil olmasının qadağan edilməsini təklif edib.

TASS xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qadağa müvəqqəti xarakter daşımalıdır. Rusiyalılara verilmiş vizalar dondurulmalı, yalnız fövqəladə hallar istisna edilməlidir.

Eks-prezidentin sözlərinə görə, hazırda Rusiya öz davranışları ilə Avropanın təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Toomas Hendrik İlves 2006-2016-cı illərdə Estoniya prezidenti olub.