ABŞ aviaşirkətləri Ukrayna və Rusiya üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq alıb

02:35 19-04-2021 17

ABŞ aviaşirkətlərinə Ukrayna və Rusiya üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edilib.

Bu barədə ölkənin Nəqliyyat Departamentinin Federal Aviasiya Xidmətindən məlumat verilib.  

Xəbərdarlıq sənədində Rusiya və Ukrayna arasındakı gərginliyin artması səbəbindən Moskva, Rostov, Kiyev, Dnepr və Simferopol hava məkanı üzərindən uçaqkən “xüsusilə diqqətli olmaq” tövsiyə edilir.