Ağsuda samovar oğurlayan şəxs ələ keçdi - FOTO

10:15 17-04-2021 14

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.