Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

10:05 17-04-2021 14

Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin idarə rəisi vəfat edib.

milletinsesi.info-ın məlumatına görə, ASC-nin Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sadəddin Əhmədov dünyasını dəyişib.

O, ötən gün gecə saatlarında vəfat edib. Onun hansı səbəbdən öldüyünə dair məlumat verilməyib. 

Xatırladaq ki, S.Əhmədov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Könül Cəfərli