Dünyanın ən uzunsaçlı gənci saçlarını kəsdirdi – FOTO/VİDEO

07:25 17-04-2021 15

2018-ci ildə dünyanın ən uzunsaçlı yeniyetməsi kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş Nilanşi Patel saçlarını kəsdirib.

“Korrespondent” nəşrinin məlumatına görə, hindistanlı “Rapunsel” sonuncu dəfə 12 il öncə, 6 yaşında ikən bərbərxanada olub. Onun saçlarının uzunluğu 2 metrə çatırdı.

Nilanşi kəsilmiş saçlarını Hollivuddakı “Ginnesin Rekordlar Kitabı”na düşən eksponatların nümayiş olunduğu “Ripley's Believe it or Not!” sərgisinə göndərib.