Türkiyəli məşhur bloqer ana olmağa hazırlaşır - FOTO

06:05 17-04-2021 17

Türkiyəli məşhur bloqer Selin Cigerci övladlığa uşaq götürmək istəyir.

Bu barədə o Gökhan Şinarın apardığı “Katarsis” proqramında deyib.

Futbolçu Gökhan Çıra ilə evli olan Selin Cigerci artıq ana olmaq istədiyini bildirib:

“Uşağım olsa, həyatımın tamamlanmış olduğunu hiss edərəm. Artıq uşağım olsun istəyirəm. İndi övladlığa uşaq götürmək istəyirəm”.

O deyib ki, iki uşaq istəyirlər:

“Ərimlə birlikdə müraciət etmişik. İki uşaq istəyirik. Əkiz ola bilər. Xaricdə müraciət etmişik. Onları tərbiyə etmək istəyirəm, məktəbə göndərmək istəyirəm”.

Cigərci deyib ki, uşaq vaxtından ana olmaq ən böyük arzusu olub:

“Saçımı yığıb qızlarla oynamaq istəyən bir uşaq olmuşam. Ana olmaq istəmişəm. Müəyyən bir yaşa qədər belə davam etdi və sonra ruhumu bədənimə uyğunlaşdırdım”.