Peyvəndin üçüncü dozasına da ehtiyac var?

03:05 17-04-2021 19

ABŞ əczaçılıq şirkəti “Pfizer” koronavirus peyvəndinin üçüncü dozasına ehtiyac ola biləcəyini açıqlayıb.

CNBC xəbər verir ki, firmanın CEO-su Albert Bourla mümkün ssenariyə görə, 6-12 ay arasında üçüncü dozaya ehtiyac duyulacağını deyib.

Onun sözlərinə görə, yeni virus növlərinə rast gəlindiyi təqdirdə hər il insanların vaksinasiyasına ehtiyac ola bilər.

“Pfizer”in məlumatları 2000-dən çox vaksinasiya olunmuş insana əsaslanır, lakin qorunmanın 6 aydan sonra davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac olduğu vurğulanır.

“Pfizer” və “BioNTech” fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı anlamaq üçün koronavirus peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlayıblar.