“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

08:30 14-04-2021 318

770х432 (3) (1)770х432 (3) (1)

Hər zaman abunəçilərinin etibarlı tərəfdaşı olmağı hədəfləyən “Nar” satış və xidmət mərkəzlərini
yeniləməsi münasibətilə müştərilər üçün xüsusi aksiya keçirir. Belə ki, mobil operator “Yeniliklər
Dalğası” kampaniyasına start verir. Kampaniya çərçivəsində müştərilərə müxtəlif hədiyyələr əldə
etmək üçün fərqli yarışmalar təqdim ediləcək.
#YeniliklərDalğası ilə təqdim olunan oyun və yarışmalar “Nar”ın “Facebook”, “Instagram” və veb-
səhifəsində keçiriləcək. Yarışlarda iştirak edən hər bir iştirakçıya xüsusi kod təqdim olunacaq. Bu
kodla onlayn lotoreyada iştirak edib, dəyərli hədiyyələr qazanmaq mümkün olacaq. Həmçinin aprelin
22-dək yenilənmiş “Nar” mağazalarında bütün aksesuarlara 50%-dək endirimlər tətbiq olunacaq.
Kampaniya haqqında ətraflı məlumatı https://www.nar.az/yenilikler-dalgasi/ internet səhifəsindən
əldə etmək olar.
Qeyd edək ki, mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”, “Əhmədli”
metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 “Nar” xidmət
mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda
8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.