Çinin dolları təhlükəyə atacaq həmləsi Bayden administrasiyasını qorxutdu

00:00 13-04-2021 23

ABŞ rəsmiləri rəqəmsal yuanı potensial təhlükə olaraq görürlər.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verir.

Bildirilir ki, ABŞ prezidenti Co Bayden administrasiyası Çinin rəqəmsal yuanla bağlı planlarını diqqətlə öyrənir. Əməkdaşlardan bəziləri onun “dünyanın hakim ehtiyat valyutası olan dolları devirmək üçün uzunmüddətli bir cəhdə” başlaya biləcəyindən qorxur.

Nəşrin məlumatına görə, ABŞ Xəzinədarlığı, Dövlət Departamenti, Pentaqon və Milli Təhlükəsizlik Şurasının rəsmiləri rəqəmsal yuanın mümkün təsirlərini anlamaq üçün səylərini artırıblar. Xüsusilə, valyutanın yayılması yolları və onun köməyi ilə ABŞ sanksiyalarından yayınma imkanları araşdırılır.

O da vurğulanıb ki, Vaşinqton qlobal maliyyə sistemi üçün hansı nəticələrin uzunmüddətli perspektivdə özünü göstərə biləcəyini öyrənməyi xüsusilə vacib hesab edir.