Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyunlarının Yaz seriyasında finala çıxdı

00:35 12-04-2021 23

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Yaz seriyası davam edir.

milletinsesi.info xəbər verir ki, dördüncü oyunda Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.

Oyun 6:4 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.

Beləliklə, B.Qasımovun komandası gələn həftə keçiriləcək Yaz seriyasının finalına yüksəlib.

Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.