Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!

18:38 10-04-2021 391

Tehsil+
Təhsilini onlayn qaydada davam etdirən tələbə, şagird və müəllimlər “Nar”ın təqdim etdiyi
sərfəli “TƏHSİL+” internet paketindən yararlana bilərlər. İnternet paketi “Microsoft Teams” və
“Zoom” kimi platformaları bir paketdə birləşdirməklə istənilən məkanda onlayn təhsilə imkan
yaradır. Abunəçilər heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən
hər iki tətbiqdən istifadə edə bilərlər.
Qeyd edək ki, paket abunəçilərə cəmi 10 AZN ödəməklə sürət limiti olmayan 50GB təqdim edir.
Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya 777
nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. Qeyd edək ki, “TƏHSİL+”
internet paketini “hotspot” funksiyası vasitəsilə paylaşmaq mümkündür. “TƏHSİL+” internet paketi
haqqında ətraflı məlumat http://www.nar.az/tehsil-plus/ səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.