Millimiz qrup liderliyini də özünə təmin etdi

22:30 08-04-2021 13

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Slovakiya yığmasıyla qarşılaşıb. 

Levitse şəhərindəki Levitse İdman Zalında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. 

Millimizin heyətində Everton Kardozo fərqlənib. Bununla da xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pilədə başa vuracağı dəqiqləşib.

Qeyd edək ki, seçmə mərhələnin son oyununda millimiz aprelin 14-də, Bakı İdman Sarayında Yunanıstan yığması ilə üz-üzə gələcək.

Səbuhi Musayev