İƏT baş katibinin Vətən müharibəsi bəyanatı: “Bütün müsəlman dünyasının qələbəsidir”
20:45 08-04-2021 12

Torpaqların işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının qələbəsidir.
milletinsesi.info xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indi Qarabağda bərpa işləri aktualdır.
“Bizim səfərimizin məqsədi odur ki, işğaldan azad edilmiş ərazilərdə rekonstruksiya işlərinin necə aparılmasını müzakirə edək”,-deyə o əlavə edib.
Baş katib qeyd edib ki, Ermənistan işğal müddətində Qarabağda dini abidələri, o cümlədən məscidləri dağıdıb.
“Biz irsin qorunması üçün əlavə addımların atılmasını zəruri hesab edirik”.
Aqşin Kərimov