İslam Əməkdaşlıq Təşkilatı həmişə Azərbaycanı dəstəkləyib - AÇIQLAMA

20:30 08-04-2021 11

"İslam Əməkdaşlıq Təşkilatı yanında Təmas Qrupunun üzvlərinin Azərbaycana səfərinin əsas məqsədi post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərindəki vəziyyətlə tanış olmaqdır"

milletinsesi.info xəbər verir ki, Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osayminlə keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, İƏT hər zaman Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Nazir qeyd edib ki, İƏT 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana dəstək verib.

Aqşin Kərimov