Araz Abdullayev Türkiyə klubuna qələbə qazandırdı - FOTO/VİDEO

00:20 08-03-2021 17

Azərbaycanlı futbolçu Araz Abdullayev Türkiyə I divizionunda komandası “Boluspor”un qələbəsində yaxından iştirak edib.

milletinsesi.info-ın xəbərinə görə, “Boluspor” XXV turda Türkiyə Super Liqasının keçmiş qalibi “Bursaspor”u qəbul edib.

Araz bu matçda meydana 37-ci dəqiqədə zədələnən Qana əsilli niderlandlı futbolçu Edvin Qyasinin yerinə daxil olub. O, 50 və 87-ci dəqiqələrdə konqolu hücumçu Kabonqo Kasonqoya iki məhsuldar ötürmə verib.

Futbolçumuzun özünün də oyuna əlavə olunmuş altıncı dəqiqədə qol vurmaq şansı olub. Lakin rəqib qapıçı onun qüvvətli zərbə ilə vurduğu topu zərərsizləşdirib. Görüş “Boluspor”un güclü rəqibini 2:1 məğlub etməsi ilə başa çatıb.

Bu, “Boluspor”un ardıcıl dördüncü məğlubiyyətsiz oyunu olub. Hazırda Bolu təmsilçisi 29 xalla 12-ci yerdədir.

Səbuhi Musayev