Azərbaycan atletika üzrə Avropa çempionatında medal qazandı

23:30 07-03-2021 16

Azərbaycanın üçtəkanla tullanma üzrə idmançısı Aleksis Kopelyo Polşanın Toruny şəhərində qapalı məkanda keçirilən atletika üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Kuba əsilli idmançı 17.04 metr tullanmaqla ikinci olub. Bununla da Kopelyo özü üçün mövsümün ən yaxşı nəticəsini göstərib.

Avropa çempionluğunu isə daha bir əslən Kubadan olan atlet – Portuqaliya təmsilçisi Pedro Pablo Piçardo qazanıb. O, 17.30 metr göstəriciyə imza atıb. Almaniyalı Maks Hess isə 17.01 metr nəticə ilə bürünc medalçı olub.

Xatırladaq ki, iki il əvvəl keçirilmiş sonuncu analoji yarışın üçtəkanla tullanma növündə Nazim Babayev Avropa çempionu olmuşdu.

Səbuhi Musayev