Yunanıstan prezidentinin ayaqqabısı narazılığa səbəb oldu – FOTO

21:55 07-03-2021 16

Yunanıstan prezidenti Katerina Sakellaropulunun Rodos adasına səfəri zamanı geydiyi ayaqqabı sosial media istifadəçilərinin etirazına səbəb olub.

“Haber Global”ın məlumatına görə, yunanlar dövlət başçısının bu hərəkətilə “adanın önəmini ayaqlar altına aldığı”nı bildiriblər.  

Qeyd edək ki, K.Sakellaropulu 12 adanın Yunanıstana birləşdirilməsinin ildönümü münasibətilə Rodosa gəlib. Onun “müqəddəs adaya” dağçılıq ayaqqabısı ilə ayaq basması ölkə əhalisini hiddətləndirib.