“Yuventus” “Latsio” matçında dörd qol vuruldu

02:00 07-03-2021 17

İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz evində “Latsio”nu qəbul edib.

Oyunda hesabı qonaqlar açsa da, ev sahibləri üç qol vuraraq inamlı qələbə qazanıblar 3:1.

“Qoca Sinyora”nın ispaniyalı hücumçusu Alvaro Morata dubl edib. Digər qolu isə Adrien Rabyo vurub. “Latsio”nun yeganə qolun müəllifi Xoakin Korrea olub.

Bu qələbən sonra, “Yuventus” 52 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.