Levandovski het-trik etdi, “Bavariya” evdə qələbə qazandı

23:55 06-03-2021 22

Almaniya Bundesliqanın 24-cü turunda “Bavariya” evdə “Borussia”nı (Dortmund) 4:2 hesabı ilə məğlub edib.

“Bavariya”nın heyətində polşalı hücumçusu Robert Levandovski het-trik edib. Rəqib qapısına vurulan dördüncü qolun müəllifi Leon Qoretzka olub.

“Borussia”nın (Dortmund) heyətində isə Erlinq Braut Haland dublla yadda qalıb.

Qeyd edək ki, 55 xal toplayan “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının turnir cədvəlində ilk sırada qərarlaşıb.