TƏBİB-in vaksinasiya ilə bağlı onlayn növbə sistemi işləmir - FOTOFAKT

13:40 05-03-2021 15

Vaksinasiya prosesi zamanı yaşanan sıxlıq insanları narahat edir.

Bu barədə sosial şəbəkdə paylaşım edilir. Bu dəfə söhbət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 5 saylı orta məktəbdən gedir.

Məktəbdə vaksinasiya prosesi aparılır. Paylaşımda qeyd olunub ki, randevu.its.gov.az saytında konkret vaxt götürülsə də növbə prinsipi pozulub:

“Sözügedən saytda daxil olaraq valideynlərim üçün bugün saat 11:00-a növbə götürmüşəm. Gəlmişik, binada azı 200 nəfər var. Onlardan 50 nəfər vaksinasiyadan keçib. Bizə 221-222-ci nömrələr verilib. Soruşuram mənim vaxtım 11:00-da olmalıdır, niyə mənə yeni nömrə verirsiniz? Camaatı göstərib deyirlər ki, “bu insanlar da növbə gözləyir, bu qədər camaatı tapdalayıb keçmək istəyirsən?”.

Həmin şəxslərə izah edə bilmirəm ki, mən öncədən növbə götürmüşəm, heç kimin növbəsinə girmək fikrim yoxdur. TƏBİB deyir ki, vaxtı seçib növbə gözləmədən vaksin vurdur. Ancaq təcrübə göstərir ki, TƏBİB-in onlayn növbə sistemi işləmir”.

Könül Cəfərli