Hikmət Hacıyev israilli həkimlərə təşəkkür etdi - FOTO/VİDEO

İsraildən olan həkimlər briqadasına, həmçinin İsrail səfirliyinə yaralı əsgər və zabitlərimizə oftalmologiya sahəsində göstərdiyi tibbi yardıma görə minnətdarıq.
milletinsesi.info-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bəyan edib.
O, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin bir nişanəsi olduğunu deyib.
Hikmət Hacıyev həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dik və İsraildən ölkəmizə humanitar həkim heyətinin gəlməsinin təşəbbüskarı olan “YAŞAT” Fonduna da təşəkkürünü bildirib.
“Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur”, - deyə o, vurğulayıb.
Such a great story. We are thankful to Israeli medical team and @IsraelinAZ for providing health support in ophthalmology for our wounded soldiers/officers. It is also sign of friendship between our countries. @GeorgeDeek @yashat_fondu
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 5, 2021
"Whoever saves one life, saves the world" https://t.co/vXE16zRUfn