Göyçayda kişi dəm qazından boğulub öldü

19:40 03-03-2021 22

Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Rəsul Rza küçəsində qeydə alınıb.

Belə ki, Göyçay səhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.