“Bakcell Arena”da işıqlar söndü, “Neftçi” – “Sabah” matçı dayandırıldı

19:05 03-03-2021 20

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” matçında xoşagəlməz hadisə baş verib.

milletinsesi.info xəbər verir ki, oyun ilk hissə davam edərkən yarımçıq dayandırılıb.

Buna səbəb oyunun keçirildiyi “Bakcell Arena”da işıqlar sönməsidir.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.

Qeyd edək ki, oyun dayandırılana qədər matçda qolsuzluq bərabərlik olub.