Rusiyada kollektiv immunitetin yaranacağı tarix açıqlandı

11:45 03-03-2021 16

Rusiyada koronavirus infeksiyasına qarşı kollektiv immunitet 2021-ci ilin iyuluna qədər formalaşa bilər.

TASS xəbər veri ki, ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko jurnalistlərə açıqlamasında bu barədə danışıb:

“Təchizat planlarına və peyvəndləmə planlarına görə, kollektiv immunitetin formalaşmasının ilin birinci yarısında, iyula qədər tamamlanacağını planlaşdırırıq. Ümumiyyətlə, plan formalaşıb və istehsal (peyvənd) hazırda inkişaf etməkdədir”.