Xəstəxanada uşağı döyən tibb bacısı işdən qovuldu – VİDEO

07:50 03-03-2021 19

Perm Klinik ftiziopulmonologiya mərkəzinin rəhbərliyi xəstəxanada uşağı vuran tibb bacısını işdən qovub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd edək ki, sosial şəbəkədə tibb bacısının yerdə uzanan uşağı tutub bir neçə dəfə vurduğu barədə  video yayımlanmışdı.

Hadisənin Rusiyanın Perm şəhərində klinik ftiziopulmonoloji tibb mərkəzinin uşaq şöbəsində baş verdiyi bildirilir.

Səhiyyə Nazirliyi hadisə ilə bağlı istintaqa başlayıb.